"Qarabağ"ın qış hazırlıq planı və rəqibləri müəyyənləşib

15:16 - 24 Dekabr 2019 - İDMAN

"Qarabağ" futbol komandasının qış təlim-məşq toplanışının proqramı müəyyənləşib. 

"Report" klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.

Futbolçular yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-sı isə komanda Bakıya dönərək fevralın 2-si baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.

 

Xəbər xətti