Bakıda Gürcüstan vətəndaşı bıçaqlandı

15:00 - 24 Dekabr 2019 - HADİSƏ

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Şərifzadə küçəsi 231C ünvanında Gürcüstan vətəndaşı 1991-ci il təvəllüdlü Xudiyev Sahib Mehdixan oğlu bıçaqlanıb. Yaralı Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılıb. İlkin olaraq S.Xudiyev xəsarəti yıxılaraq aldığını bildirib.

Əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, S.Xudiyevə Kənan adlı şəxs xəsarət yetirib.

Faktla bağlı Yasamal rayon Polis idarəsində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisəni törətmiş Kənan adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir./trend

Xəbər xətti