Azərbaycanda ilk dəfə VAR sistemindən istifadə olunub

13:22 - 24 Dekabr 2019 - Xəbər

Azərbaycanda ilk dəfə çövkən milli oyunu üzrə yarışda videotəkrar (VAR) sistemindən istifadə olunub.

Bu, Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli Prezident Kubokunun final görüşündə gerçəkləşib. "Buta Golden" və "Omar" komandalarının görüşündə baş hakim qayda pozuntusundan sonra VAR-a müraciət edib. O, görüntülərə baxdıqdan sonra "Buta Golden"nin oyunçusunu meydandan 2 dəqiqəlik kənarlaşdırıb.

Qeyd edək ki, hazırda "Omer" 2:0 hesabı ilə öndədir./report

Xəbər xətti