Bakıda məşhur restoranda ZƏHƏRLƏNMƏ: Ölən var

13:03 - 24 Dekabr 2019 - HADİSƏ

Bakının Nərimanov rayonunda iki nəfər zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Belə ki, Bayramov Sərxan Niyazi oğlu qohumu Həmzəyev Cəlal Ələmdar oğlu ilə birlikdə paytaxtın Nərimanov rayonu K.Rəhimov 17 ünvanında yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra isə Nəsimi rayonu, Tbilisi prospekti 10/32 ünvanında yerləşən “Baku City” restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul etdikdən sonra özlərini pis hiss ediblər.

Zəhərlənmə diaqnozu ilə Bayramov Sərxan 1 saylı Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinikasına gətirilib. Nəticədə S.Bayramov müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyev isə ağır vəziyyətdə həkimlərin nəzarəti aldında saxlanılır.

Faktla bağlı S.Bayramovun meyitinə, habelə “Baku Voice Rooms” və “Baku City” restoranlarına Azəbaycan Respubikası Qida Təhlükəsizliyi Agentliyini mütəxəssislərinin iştirakı ilə baxış keçirilib, orada olan spirtli içki və qida məhsullarından nümunələr götürülərək yoxlanılması üçün AQTA-nın mütəxəssislərinə təqdim olunub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər xətti