Qobustanda fəhlə dəm qazından boğulub öldü

12:50 - 24 Dekabr 2019 - HADİSƏ

Qobustanda fəhlə dəm qazından boğularaq ölüb.

Hadisə rayonun M.Ə.Sabir küçəsi ev 2 ünvanında qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Bədirov Xaliq Xeyrulla oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından boğulub.

Qeyd edək ki, X.Bədirov Qobustan rayon Kommunal Müəssisələr Kombinatında fəhlə kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti