Bakıda üç maşın toqquşub, xəsarət alanlar var - FOTO

23:32 - 23 Dekabr 2019 - HADİSƏ

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsində baş verib. “Chevrolet” markalı avtomobilin sürücüsü Azadlıq prospekti ilə hərəkətdə olan zaman idarəetməni itirərək “Hyundai” və “BMW” markalı avtomlbillərə çırpılıb. Zərbənin gücündən, hər üç avtomobil deformasiyaya uğrayıb.

Qəza zamanı “Chevrolet”də olan sürücü və iki sərniçin ağır xəsarət alıb./apa

Xəbər xətti