Saatlıda ər arvadını döyüb

23:26 - 23 Dekabr 2019 - HADİSƏ

Saatlı rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Mollavəzli kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynova Ülviyyə Əlabbas qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. O, kürək, sağ göz nahiyələrindən və sağ əlinin beşinci barmağından müxtəlif dərəcəli xəsarətlər alıb. Ü.Hüseynova Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti