Taylandın 70-dən çox mağaza şəbəkəsində, o cümlədən “Central”, “Mall”, “TESCO Lotus”, “Big C” hipermarketlərində 1 yanvar 2020-ci ildən etibarən müştərilərə plastik paketlərin verilməsi dayandırılacaq.
Bu barədə “Thaiger” internet portalı məlumat yayıb. Tayland pərakəndə ticarət assosiasiyasına daxil olan mağazalara plastik paketlərdən ticarətdə istifadənin 2020-ci ildə 30 faiz azadılması tapşırığı verilib.
Qeyd edək ki, Taylandın təkcə hipermarket və yerli ərzaq məhsulları mağazaları il ərzində 13,5 milyard plastik paketdən istifadə edir.
Hazırda Taylandda bəzi mağaza şəbəkələri alıcılara pulsuz olaraq kağız paketlər və ya 70 sent (1,2 azn) qarşılığında parça çantalar təklif edir./Axar.az