Elmar Məmmədyarov David Zalkaliani ilə görüşüb

17:45 - 23 Dekabr 2019 - SİYASƏT

Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında ikitərəfli görüş keçirilib.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüş əsnasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Xarici İşlər nazirləri, eyni zamanda regionda baş verən mühüm məsələləri müzakirə ediblər.

İki ölkə arasında Hökümətlərarası İqtisadi Komisiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti vurğlanıb. Görüşdə, eləcə də üçtərəfli əməkdaşlıq məsələləri, hər üç ölkənin iştirakı ilə ticarət, iqtisadiyyat, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə movzusu olub.
Enerji sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tikintisinin başa çatması və genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparıldı. O, cümlədən, TANAP layihəsinin başa çatmasının əhəmiyyəti qeyd edilib.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və tərəqqiyə töhfə verdiyi xüsusilə vurğulanıb. 

Xəbər xətti