Polis və vətəndaşların çevikliyi sayəsində suda batan şəxs xilas edilib
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, hadisə dekabrın 21-i axşam saatlarında Mingəçevir şəhəri ərazisində baş verib.
Həmin vaxt ərazidə xidmət aparan Mingəçevir Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları, polis serjantları Sadiq Kərimov və Məhəmməd Səmədov ətrafı müşahidə edən zaman bir nəfərin Kür çayına düşdüyünü müşahidə ediblər. Onlar dərhal çayın sahilinə ərək ətrafdakı vətəndaşlarla birgə həmin şəxsi sudan çıxarıblar. Polis əməkdaşları ilkin tibbi yardım göstərdikdən sonra onu xidməti avtomobilləri ilə Mingəçevir Şəhər Xəstəxanasına çatdırıblar.
Həkimlərin də müdaxiləsi ilə həmin şəxsin səhhəti hazırda normaldır.