Siyəzəndə iki avtomobili toqquşub -xəsarət alanlar var

14:46 - 23 Dekabr 2019 - HADİSƏ

Siyəzəndə yol qəzası baş verib.

Hadisə Giləzi yolunda baş verib. Hərəkətdə olan “VAZ-21099” markalı avtomobil yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində “VAZ-21099”un sürücü, 1951-ci il təvvəlüdlü Əliyev Müseyib Hüseyn oğlu, sərnişinləri - 1952-ci il təvəllüdlü Əliyeva Xalidə Həsən qızı və 1999-cu il təvəllüdlü Hüseynov Nəsrəddin İlqar oğlu xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar.

Qəzada yaralanan şəxslər Gəncə şəhər sakinləridir.
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti