Elmira Axundova növbədənkənar parlament seçkilərində iştirak etməyəcək

13:39 - 23 Dekabr 2019 - Xəbər

Deputat Elmira Axundova 2020-ci il Milli Məclisə növbədənkənar parlament seçkilərində iştirak etməyəcək

Bu barədə Ucnoqta.az-a açıqlama verən deputat bildirib ki, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini verməyəcək. Deputatın sözlərinə görə, onun başqa planları var, onlarla məğul olacaq.

Qeyd edək ki, Elmira Axundova  2005, 2010 və 2015-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı seçilib. O, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü olub.

Elməddin

Xəbər xətti