Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 18,07 faiz təşkil edib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi xəbər verir. Belə ki, saat 12:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 898 542 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.