“Naz-Lifan” aşdı, yaralılar var

16:05 - 22 Dekabr 2019 - HADİSƏ

Goranboyda baş verən qəzada 2 nəfər xəsarət alıb.

Hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.

Belə ki, Göygöl rayon sakini, 1979-cu il təvəllüdlü Əhmədov Alik idarə etdiyi “Naz-Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itiriv və maşını yol kənarına aşırıb.

Nəticədə sürücü və Göygöl rayon sakini, 1990-cı il təvəllüdlü Əfşarov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyətlərinin ort-ağır olduğu bildiriblər.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti