Gəncədə seçki məntəqəsində yanğın

15:50 - 22 Dekabr 2019 - HADİSƏ

Gəncədə Yeni Gəncə yaşayış massivində yerləşən Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə yerinə FHN-in 6 yanğınsöndürən maşını cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb, digər otaqlara keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində iki xalça və bir neçə stul yanıb. Yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, sözügedən məktəbdə 37 saylı Nizami birinci seçki dairəsinin 13, 14 və 15 saylı məntəqələri yerləşir.

Xəbər xətti