Hacıqabulda qadın avtomobili aşırdı, 5 uşaq yaralandı

20:56 - 21 Dekabr 2019 - HADİSƏ

Hacıqabulda “Toyota" markalı avtomobilin aşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Atbulaq kəndində qeydə alınan hadisə zamanı Bakı şəhər sakinləri - sürücü 1984-cü il təvəllüdlü Almaz Yolçiyeva, 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi İlham qızı, 2016-cı il təvəllüdlü Qarayev Fərid Həbib oğlu, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər İlham qızı,2007-ci il təvəllüdlü Qarayeva Ayşən Həbib qızı və 2004-cü il təvəllüdlü Qarayeva Nərmin Həbib qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti