Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

14:43 - 21 Dekabr 2019 - Xəbər

“Azur Air” şirkətinə məxsus Qoa-Moskva marşrutu üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib. 

Heydər Əliyev Beynəlxalq Aeroportundan Oxu.Az-a verilən məlumata görə, eniş Bakı vaxtı ilə 11:05-də uğurla yerinə yetirilib. Bütün sərnişinlər aeroportda yerləşdirilib, onlara qida və içkilər təklif olunacaq.

Məlumatlara görə, sərnişinlər üçün şirkət tərəfindən başqa təyyarə ayrılıb.

Xəbər xətti