“AMEA-nın iki institutunun – Qafqazşünaslıq və Elm Tarixi institutlarının ləğvi ilə bağlı hər hansı rəsmi qərar yoxdur”.
Ucnoqta.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat katibi Ağahüseyn Şükürov adıçəkilən institutların ləğv ediləcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. AMEA rəsmisi bildirib ki, belə xəbərlər rəsmi qərara əsasən həyata keçirilir:
“Adətən belə qərarlar olanda AMEA-nın rəsmi saytında yerləşdiririk. Hələ ki, belə bir hal yoxdur”.
Qeyd edək ki, bəzi mətbuat səhifələrində AMEA-nın iki institutunun – Qafqazşünaslıq və Elm Tarixi institutlarının ləğv ediləcəyi barədə informasiyalar yer alıb.