İki Moskva sakini Kareliyaya gələrək “Mercedes Gelandwagen” avtomobilini helikopterdən yerə tullayıblar.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Petrozavodsk yaxınlığındakı Pesky hava limanına gələn rusiyalılar hava limanının baş direktoru ilə müqavilə bağlayıblar. Müqaviləyə əsasən 1995-ci il buraxılışlı "Mercedes Gelandewagen" avtomobilini helikopterə bağlayaraq 300 metr yüksəklikdən yerə buraxıblar. Məlumata görə, onlar uçuşun 20 dəqiqəsi üçün 250 min rubl ödəyiblər.
Hadisəyə səbəb uduzulmuş mərc göstərilir. Tamamilə dağılmış avtomobilin qalıqları metal qəbulu məntəqəsinə verilib.
Qeyd edək ki, 1995-ci il buraxılışı olan “Mercedes Gelandwagen” avtomobilinin qiyməti 650 min rubldan 1,2 milyon rubla kimi dəyişir.