Azərbaycanda zəlzələ olub

08:19 - 20 Dekabr 2019 - Xəbər

Siyəzəndə zəlzələ olub. "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 20.12.2019-cu il saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində qeydə alınıb. Zəlzələ 3,3 maqnituda qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.

Xəbər xətti