Sabah bu ərazilərdə su olmayacaq

22:20 - 19 Dekabr 2019 - Xəbər

Sabah Bakının bəzi ərazilərində su olmayacaq.

Bu barədə “Azərsu” ASC-i məlumat yayıb. Məlumata görə, magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 20 dekabr tarixində gün ərzində Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti