Saçaqlı pendir istehsal edən daha bir sexin fəaliyyəti məhdudlaşdırılıb -Foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bərdə rayonu, Canavarlı kənd ərazisində fəaliyyət göstərən fiziki şəxs Bayramov Şahmar Musa oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçirib.

AQTA-dan verilən məlumata görə, reyd zamanı saçaqlı pendir istehsal edən sexdə yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı müəyyən edilib. İstehsal sahəsinin sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl edilmədən fəaliyyət göstərdiyi məlum olub.

Reyd zamanı müəssisədə istehsal edilən süd məhsullarından (saçaqlı pendir) götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
19 Dekabr 2019 [17:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-19 17:30:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin