Zubir: ""Qarabağ"da çox xoşbəxtəm"

19:22 - 19 Dekabr 2019 - İDMAN

"Mükafatı qazandığıma görə çox şadam. Bu, mənim üçün önəmli mükafatdır. Bu ada layiq görülməyimdə baş məşqçimiz Qurbanov Qurbanov, digər məşqçilər və həmçinin azarkeşlərimizin mənə dəstəyinin də önəmli rolu var. Məni seçdiklərinə görə jurnalistlərə təşəkkür edirəm. Bizim ağır zəhmətimizi dəyərləndirdiklərinə görə minnətdaram". 

Bu fikirləri İdman Araşdırmalar Mərkəzinin sorğusu nəticəsində ilin əcnəbi futbolçusu seçilən "Qarabağ"ın oyunçu Abdullah Zubir deyib.  Ötən mövsüm Fransanın "Genqam" klubunun gündəmində olan 28 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində qalmaq ehtimalı barədə də danışıb: "Qarabağ"da çox xoşbəxtəm. Mövsümün əvvəlində belə söhbətlər var idi. Amma belə şeylərə fikir vermirəm. Klubda xoşbəxt olduğum üçün işimə köklənmişəm. Yayda bu söhbətlər var idi, biz isə Çempionlar Liqasına hazırlaşırdıq. Ona görə də fikrimi oraya yönəltmişdim. Hazırda bu barədə xüsusi nəsə yoxdur. Klubu tərk etmək fikrində deyiləm".

Mərakeş əsilli oyunçu klubda qalmaq istədiyini vurğulayıb: "Mənim hazırda 1.5 illik müqaviləm var. Yeni bir təklif olsa, niyə də yox?"/report

Xəbər xətti