Nazirlik həkimin rüşvət almasına münasibət bildirdi: 3 manat verilib

16:50 - 19 Dekabr 2019 - Xəbər

Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb. “Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, nazirlikdən bildirilib. 

Xəbər xətti