Kişi arvadını 20 yerindən bıçaqladı: gənc qadın ağır yaralanıb - FOTO

Türkiyənin Sivas vilayətində arvadını 20 bıçaq zərbəsi ilə ağır yaralayan ər həbs olunub. Ucnoqta.az xəbər verir ki, insident dekabrın 19-da 11.30 radələrində İstanbulun Qartal rayonunda qeydə alınıb.

Məlumata görə, Sivastda yaşayan Süheyla K. (20) həyat yoldaşı Məhmət K. (24) tərəfindən dəfələrlə şiddətə məruz qaldığı üçün evi tərk edərək İstanbulun Qartal rayonunda yaşayan babasının evinə gəlib. Bundan sonra şübhəli Məhməd K.-da Süheyla K.-nın arxasınca İstanbula gəlib.

Məhməd K. izlədiyi arvadını babasının evinin qarşısında yaxalayaraq mağazadan aldığı bıçaqla bir neçə dəfə zərbə endirib və hadisə yerindən qaçıb. Əri tərəfindən təxminən 20 yerindən bıçaqlanan qadın, ətrafdakı insanların köməkliyi ilə hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb. Xəstəxanadan, gənc qadının vəziyyətinin ağır olduğu bildirilib.

Polis, aldığı məlumat əsasında Məhmət K.-nin saxlanılması üçün hərəkətə keçib. Şübhəli qaçarkən bir bankın təhlükəsizlik işçisinə, “Arvadımı öldürdüm, nə qədər iş alaram, mən nə edim indi” – dediyi məlum olub.

Təhlükəsizlik kameralarını araşdıran asayiş keşikçiləri, Məhmət K.-nin avtobusa minərək Pendik rayonuna getdiyini müəyyən ediblər. Ardından şübhəlini izinə düşən polis əməkdaşları, onu bir kafedə oturduğu anda həbs edərək bölməyə gətiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, təhqiqatlar davam etdirilir.

 

Namiq Musayev

 

 

Tarix
19 Dekabr 2019 [16:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-19 16:25:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin