BNA il ərzində 100 metr velosiped yolu inşa edib

11:14 - 19 Dekabr 2019 - Xəbər

Bakı Nəqliyyat Agentliyi (BNA) yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində 2019-cu ildə gördüyü işlər haqqında məlumat yayıb.

BNA-dan verilən məlumatda bildirilir ki, agentlik 2019-cu ildə  675 metr səki “ideal səki” tələblərinə uyğunlaşdırıb, 100 metr velosiped yolu pilot layihəs olaraq inşa edib, 256 avtobus dayacaq pavilyonu təmir edib.

BNA tərəfindən həmçinin il ərzində 218 ədəd yol nişanı dəmiryol keçidlərində quraşdırılıb, 19 ədəd 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib, 21 taksi duracaq məntəqəsi təşkil olunub.

Xəbər xətti