“Azəriqaz” İB ilin şirkəti seçildi

11:02 - 19 Dekabr 2019 - Xəbər

“Caspian European Club”da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “CASPİAN BUSİNESS AWARD - 2019” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

“Azəriqaz” İstehsalat Birliyi “Müasir istehsalat metodlarının tətbiqinə görə ilin şirkəti” mükafatına layiq görülüb və mükafat Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunub. “Azəriqaz”dan Ucnoqta.az-a verilən məlumata görə, göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirən R.Əliyev qeyd edib ki, “Azəriqaz” İB bundan sonra da sahibkarların dostu kimi münasibətlərin daha da möhkəmləndirilməsinə çalışacaq.

Qeyd edək ki, “Biznes-hökumət dialoqunun inkişafına verdiyi töhvəyə görə” Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov da mükafat alıb. Mükafat alanlar sırasında Azərbaycanın digər tanınmış şirkətləri də var.


Xəbər xətti