Bakıda qış yarmarkası keçiriləcək

13:34 - 18 Dekabr 2019 - Xəbər

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Bakıda ongünlük qış yarmarkası təşkil ediləcək".

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qış yarmarkaları dekabrın 21-dən başlayaraq Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeron rayonlarında təşkil ediləcək: "Builki yarmarkada kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əyləncəli proqramlar da olacaq"./report

Xəbər xətti