Məşhur şirkət KİŞİ İŞÇİLƏRİNƏ atalıq məzuniyyəti verəcək

12:17 - 18 Dekabr 2019 - Xəbər

Türkiyənin məşhur telekommunikasiya provayderi "Vodafone” şirkəti xüsusi addım atıb.

Şirkət, işçilərinin həyatını asanlaşdırmaq üçün 4 il əvvəl qadınlara tətbiq etdiyi 16 həftəlik maaşlı icazə məsələsini kişilərə də şamil edəcək.

Belə ki, yeni valideyn olan işçilər uşaqları ilə daha çox vaxt keçirə bilmək üçün 18 ay ərzində istədikləri tarixdə 16 həftəyə qədər icazə ala biləcək. Bundan başqa, məzuniyyətdən qayıtdıqdan sonra ilk 6 ayda həftədə 4 gün işləyib tam maaş alacaqlar.

Sistem 2020-ci ildə Türkiyədə tətbiq olunacaq. 2021-ci ildə Afrika, Yaxın Şərq, Avropa və ABŞ-da daxil olmaqla, 24 "Vodafone” ölkəsi bu hərəkata qoşulacaq./publika.az

Xəbər xətti