Elariz “Ağ ev”in qarşısında: "Trampı gözləyirəm” - VİDEO

11:29 - 18 Dekabr 2019 - Xəbər

Bir müddətdir ki, ailəsi ilə birlikdə Amerikaya köçən müğənni Elariz Məmmədoğlu doğum gününü "Ağ ev"in qarşısında keçirib.

Müğənni özünə olan arzularını "Ağ evin" qarşısında dilə gətirib. O hisslərini belə ifadə edib:
 "Bu gün 17 dekabr 2019-cu il mənim ad günümdür. Bu gün mənim 55 yaşım tamam olur. Bütün dədə-babalarım 55 yaşlarını Amerikanın paytaxtı Vaşinqtonda, "Ağ Ev”in qarşısında keçiriblər. Mən də ənənəyə sadiq qalaraq gəldim "Ağ Ev”in qarşısına və burada mən 55 yaşımı qeyd edirəm. İndi Tramp (ABŞ prezidenti – red.) müəllim də gələcək, 10 dəqiqədi artıq gözləyirəm, həmişəki kimi yenə də gecikir. Amma gələcək, söz verib ki, gələcək”.

Qeyd edək ki, müğənni "Green Card" vasitəsi ilə Amerikaya köçüb. O hətta orada özünə dönər biznesi qurub./azxeber.com
 

Xəbər xətti