Bakıda restoran müdiri rəqqasəni başından güllələyib- Samir Bağırov da ...- VİDEO

10:48 - 18 Dekabr 2019 - Xəbər

Azərbaycanda  baş vermiş  və uzun müddət  detalları  gizli  saxlanılan qətlin şok təfərrüatı  məlum olub.

Rəqqasə   Rasimə  Bəşirova çalışdığı restoranda  silahdan  başından  atılaraq  öldürülüb. Hadisənin  Qarabağ  restoranın  sahibi   Şeyda  Novruzov  tərəfindən  törədilib. Hadisəni törətdikdən  sonra  restoranın  sahibi  ölkədən qaçdığı  üçün  cinayət  işinin  detalları illər  sonra  məlum  olub.

Cinayət  materiallarından  əldə  etdiyimiz  şok  məlumata  əsasən  cinayət  baş  verən  zaman  müğənni  Samir   Bağırov, tanışı  Sergey  və  digər  şəxslər  də  orada  olub. Hadisə  baş  verən  zaman  restoranın  sahibi  sərxoş  vəziyyətdə   restorana  qayıdaraq  əsəbi  halda  davranıb. Restoranın  sahibi  rəqqasənin  qulağına  nəisə  deyərək  əsəbiləşib. Daha  sonra içki  bakalını  rəqqasənin  başına  vurraraq onu  ağır  yaralayıb. Bununla  ürəyi  soyumayan  restoran  sahibi  tapançanı  çıxararaq  rəqqasəni  başından  atıb.

Ölkəni  silkələyən və detalları  gizli qalan cinayətin  şok  video  görüntüsünü  və  detallarını  təqdim  edirik:


​//oxu24.com

Xəbər xətti