UEFA Ermənistan Futbol Federasiyasını diskvalifikasiya edə bilər

14:13 - 17 Dekabr 2019 - İDMAN

Ermənistan Futbol Federasiyası (EFF) diskvalifikasiya oluna bilər.

Bu ehtimala səbəb qurum ətrafında yaşanan qalmaqalların səngiməməsidir. EFF-in sabiq prezidenti Ruben Ayrapetyanın rəhbərliyi dövründəki tikinti işləri zamanı pul yeyintiləri ilə bağlı cinayət işi açılıb. Bundan başqa, güc strukturları qurumun, daha dəqiqi vitse-prezidentlər - Armen Melikbekyanla Armen Nikoqosyanın bir il əvvəl maliyyələşdirdiyi tikintilərlə maraqlanmağa başlayıb.

EFF prezident seçkiləri siyasiləşdirildiyindən UEFA rəhbəri Aleksander Çeferin də məlumatlandırıla bilər. Bunun isə bir neçə illik diskvalifikasiya ilə nəticələnməsi mümkündür.
Dekabrın 23-də baş tutacaq prezident seçkiləri ərəfəsində futbol ictimaiyyəti və jurnalistlər durumun daha acınacaqlı olduğunu iddia edirlər. R.Ayrapetyan prezidentliyə namizədliyini irəli sürən A.Melikbekyanın bunun üçün nizamnamədə göstərilən tələblərə uyğun gəlmədiyini bəyan edib./ApaSport

Xəbər xətti