Rusiyanın Tümen vilayətinin sakini azərbaycanlı miqrantları qanunsuz olaraq evinə qeydiyyata salıb.
Tumentuday.ru-nun xəbərinə görə, o, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistandan olan 165 miqrantın özünə aid iki otaqlı mənzildə qeydiyyata salınmasına şərait yaradıb.
Onun daha əvvəl məhkumluq yaşadığı məlum olub.
Leninski Rayon Məhkəməsinin hökmünə əsasən, rusiyalı dörd il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ağır tipli cəzaçəkmə müəssisəsində çəkəcək./oxu.az