"İnstaqramda təzə qızlar çıxdı, yatağın üstündə yarıçılpaq ..."

11:14 - 17 Dekabr 2019 - MAQAZİN

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda sosial şəbəkələrdə reklam olunan yarıçılpaq qızlara görə aidiyyatı qurumlara müraciət edib.

Aparıcı bəzi sosial şəbəkə səhifələrini əxlaqsızlığı təbliğ etməkdə ittiham edib. Tolik qurumları bununla bağlı bir tədbir görməyə çağırıb:

"Bu gün sosial şəbəkələrdə biabırçı şeylərin şahidi oluruq. Qızlarımızın bu gün həyatlarının pis olması nümayiş olunur. Əslində bu özü pis təbliğatdır. Bəzi qurumlar var ki, buna nəzarət etməlidirlər. Bəzi instaqram səhifələri bu gün pozğunçuluğu təbliğ edirlər. Təzə qızlar çıxır, onlar instaqramı dağıdırlar. Yeni fenomen çıxdı, dovşan kimi geyinib yatağın üstündə yarıçılpaq və bunları pulun qarşılığında reklam edirlər. Siz bu gün namuslu-qeyrətli qızlarımızı reklam edin. Onların sənətlərini reklam edin. Qoy, onlara oturub evdən baxan balaca qızlarımız onlardan ibrət götürsünlər". /milli.az

Xəbər xətti