Polisə çağırılan məşqçi ilə bağlı RƏSMİ AÇIQLAMA

10:25 - 17 Dekabr 2019 - İDMAN

“Keşlə” Futbol Klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.

Oxu.Az klubun saytına istinadən məlumat verir ki, adı çəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat veriblər.

“Keşlə” müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.

Bildirilir ki, aparılan araşdırmaların “Keşlə” Futbol Klubuna heç bir aidiyyəti yoxdur:

“Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir”.

Xəbər xətti