"Mançester Siti" "Arsenal"ı darmadağın edib

23:58 - 15 Dekabr 2019 - İDMAN

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində "Arsenal" "Mançester Siti"ni qəbul edib.

 "Mançester Siti" ev sahibi komandasını 0:3 hesabı ilə darmadağın edib. Oyunda qolları Kevin De Brüyne (2-ci və 40-cı dəqiqələr) və Rəhim Sterlinq (15-ci dəqiqə) vurublar.
Qeyd edək ki, 17 turdan sonra "Mançester Siti" 35 xalla 3-cü yerdə, "Arsenal" isə 22 xalla 9-cu yerdə qərarlaşıb./trend

Xəbər xətti