Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb

23:35 - 15 Dekabr 2019 - HADİSƏ

Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb.

Hadisə Nizami rayonunda baş verib. 2010-cu il təvəllüdlü Məlikov Əli Elçin oğlu evdə oynayarkən ehtiyatsızlıqdan yıxılıb. Bu zaman onun qarnına oxlov batıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun qarın boşluğunda deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti