Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb

17:13 - 15 Dekabr 2019 - Xəbər

Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya Xalq artistinin oğlu Ayxan Dadaşov məlumat verib. Ayxan Dadaşov Xalq artistinin sağlıq durumunun yaxşı olduğunu bildirib. R.Dadaşovun müalicəsi ev şəraitində davam etdiriləcək.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Xəbər xətti