Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı- yanğınla əlaqədar

18:29 - 14 Dekabr 2019 - Xəbər

3-cü mikrorayon bazarı yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov keçəsində və 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamıtində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, 3-cü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur:

"Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş edirik.

Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir".

Xəbər xətti