Bakıda mağazadan 12 min manatlıq saatlar oğurlanıb

13:51 - 14 Dekabr 2019 - HADİSƏ

Yasamal rayonu ərazisindəki mağazaların birindən 3 ədəd “Rado” markalı qol saatı oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, oğurluq hadisəsi barədə “102” Zəng Mərkəzinə müraciət daxil olub. Məlumatla əlaqədar Yasamal Xətai Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İnşaatçılar prospektində yerləşən mağazadan 12 000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıb. 

Xəbər xətti