Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub

19:57 - 13 Dekabr 2019 - HADİSƏ

Ağstafa rayonunda itkin düşən qız Gəncə şəhərində tapılıb.

Məlumata görə, Ağstafanın Qaçaq Kərəm kənd sakini Vəliyeva Minarə Seyfəddin qızı polisə məlumat verərək bildirib ki, qızı Vəliyeva Tünzalə Seyfəddin qızı yaşadığı evdən itkin düşüb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki. T. Vəliyeva Gəncə şəhərinə ailə qurmaq məqsədilə öz razılığı ilə qaçırılıb.

Faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti