ABŞ "Şimal Axını 2" layihəsinə görə Almaniya şirkətlərinə sanksiya tətbiq edəcək

19:37 - 12 Dekabr 2019 - İQTİSADİYYAT

ABŞ Rusiyaya məxsus təbii qazın Baltik dənizi ilə Avropaya çatdırılmasında ("Şimal axını 2" layihəsi) iştirak edən Almaniya şirkətlərində sanksiya tətbiq etməyə hazırlaşır.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. Məsələ ilə bağlı açıqlama verən Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-ın addımını kəskin tənqid edib.

"Avropanın enerji siyasətinə ABŞ-da deyil, burada qərar verilir. Biz xarici müdaxilələri və sanksiyaları kökündən rədd edirik", - o bildirib.
ABŞ-da hazırlanan və gələn həftə Senatda müzakirə ediləcək qanun layihəsi "Şimal axını 2" layihəsində iştirak edən şirkət rəhbərlərinin vizalarının ləğv edilməsi və şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulması da daxil olmaqla müxtəlif sanksiyaların tətbiqini nəzərdə tutur.

Xatırladaq ki, Baltik dənizinin altından keçəcək iki qaz kəməri ilə hər il Almaniyaya 55 milyard kubmetr "mavi yanacağ"ın nəql edilməsi planlaşdırılır.

Xəbər xətti