Ağstafada əl qumbaraları tapılıb- Foto

17:44 - 12 Dekabr 2019 - Xəbər

Dekabrın 12-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı 2 ədəd F-1 əl qumbarası aşkar olunub.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, əl qumbaralarının üzərində partladıcısının (UZRQM) olmasını və korroziyaya uğramısını nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyatı tədbirlər görülərək, Agentliyin mütəxəssisləri tərəfindən Ağstafa rayon Polis şöbəsinin və yerli icra nümayəndəsinin iştirakı ilə yerində zərərsizləşdirilib.


Xəbər xətti