Metro gecə saat 00:30-a qədər işləyəcək

17:40 - 12 Dekabr 2019 - Xəbər

Bakı Metropoliteni “Qarabağ”ın bu gün Avropa Liqasının qrup mərhələsinin son turunda “Düdelanj”a qarşı keçirəcəyi matça görə saat 00:30-a qədər işləyəcək.

Bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov feysbukda məlumat yayıb. O bildirib ki, azarkeşlərin qarşılaşmadan sonra rahat şəkildə ünvanlarına çatması üçün bu addım atılıb.

Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” matçı Bakı vaxtilə 21:55-də başlayacaq./qafqazinfo

Xəbər xətti