Bakıda Pakistan vətəndaşı küçədə döyüldü

17:21 - 12 Dekabr 2019 - HADİSƏ

Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb.

Hadisə paytaxtın Səbail rayonunda baş verib.

Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi, 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti