Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA

14:16 - 12 Dekabr 2019 - Cəmiyyət

Tədirisi 5 və 6 günlük olan orta məktəblərdə Yeni ildə neçə gün bayram tətili olması hələ müəyyən edilməyib.

Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı nazirlik qərar verməyib:

"Hələlik həmin vaxta bir müddət var. Təhsil Naziliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək"./trend

Xəbər xətti