Bərdədə polis 39 yaşlı kişini bıçaqladı

12:51 - 11 Dekabr 2019 - HADİSƏ

Bərdədə bıçaqlanma hadisəsi baş verib.

İnsident rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Allahverdiyev Nicat Vidadi oğlu Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Fehruz Novruz oğlu tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb.

Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti