Təhsil Nazirliyi: Diaqnostik qiymətləndirmədə 2700 psixoloqun iştirak edəcəyi proqnozlaşdırılır

Dövlət ümumi təhsil müəssisələrində işləyən 2600-2700 psixoloqun Təhsil Nazirliyi tərəfindən keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcəyi proqnozlaşdırılır.


Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

M.Camalzadə psixoloqlar üçün diaqnostik qiymətləndirmədə iştirakın məcburi olmadığını söyləyib:

“Psixoloqlar diaqnostik qiymətləndirmədə öz arzuları əsasında iştirak edəcəklər. Lakin tövsiyə edilir ki, psixoloqlar diaqnostik qiymətləndirmədə iştirak etsinlər. Çünki bu, onların sonrakı fəaliyyətinə də müsbət təsir edəcək”.

Nazirlik rəsmisi əlavə edib ki, psixoloqların doaqnostik qiymətləndirməsi elektron üsulla keçiriləcək. İmtahanda psixoloqlara 90 dəqiqə ərzində 60 test tapşırığı təqdim ediləcək. İmtahanda bir suala verilən düzgün cavab bir balla qiymətləndiriləcək.

M.Camalzadə bütün namizədlərin eyni gündə imtahan verməsinin texniki baxımdan mümkün olmadığını da söyləyib.

O əlavə edib ki, imtahanların gün ərzində 3 seans olmaqla, 3-4 gün davam edəcəyi gözlənilir.

Qeyd edək ki, psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahanın dekabrın 20-30-da Bakıda keçirilməsi planlaşdırılır./trend

Tarix
9 Dekabr 2019 [20:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-09 20:05:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin