Aydan Məhərrəmli: “Uşaqlarımızda mənəvi keyifyyətləri inkişaf etdirərək onları düzgün tərbiyə etmək istəyiriksə, ilk olaraq özümüzü tərbiyə etməliyik”
Dövlətimizin müstəqilliyinin qazanılmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidməti var. Ölkənin bütün sahələrində olduğu kimi, uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsi sahəsinədə Ulu Öndər daim diqqət göstərib. Ulu Öndər uşaqlara və gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi onların əlində olacaq. Uşaqlarda təlim- tərbiyənin bu cəhətləri, onların şəxsiyyət kimi formalaşmasına, dünya görüşünün inkişafına, sosial fəallığının yüksəlməsinə yaxşı təsir edir. Respublikamızda uşaq və gənclərin mənəvi- əxlaqi inkişafının, tərbiyəsinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müxtəlif tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi olduqca yaxşı ənənəyə çevrilib. Bu məsuliyyətli işdə mədəniyyət ocaqlarının, teatrlarını muzeylərin, kitabxanaların, radio və televiziya kanallarının, bütün kütləvi informasiya vasitələrinin imkanlarından kifayət qədər səmərəli istifadə olunur. Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşması dövlətimizin sosial məsuliyyətini daha yaxşı dərk etməsinin təzahürü kimi müşahidə olunur. Ölkəmizdə uşaq və gənclərin qayğı ilə əhatə olunması mənəvi və sosial mühitdə böyümələri üçün zəruri şərait yaradıb.
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Aydan Məhərrəmli bildirdi ki, “bu gün uşaqlara hər şey haqqında məlumat verilir, hər şey öyrədilir. Çox təəssüflər olsun ki, müəllimlər və valideynlər uşaqlar arasında rəqabət hissi yaratmaq çalışırlar. Uşaqları rəqib kimi yarışdırırlar: “Onları müxtəlif xidmətlərə yazdırır, daha çox elmi nailiyyət əldə etsinlər deyə çalışırlar. Uşaqlara erkən yaşlarından daha tez və daha çox bilgilər öyrədilir. Amma bunları edərkən hər zaman bir şeyi unudurlar... Bəs uşaqların mənəvi inkişafı? Uşaqların mənəvi inkişafı bu gün valideynlərin nəzərə aldıqlarından, narahat olduqlarından və ənəmli tutduqları məqamlardan qat-qat irəli və önəmlidir. Səbəb budur ki, uşaqlar hansı peşə sahibi olur-olsunlar mütləq həmin peşədə vicdanlı, daha keyfiyyətli və iş əxlaqı olan insanlara faydalı olan, mənəvi keyfiyyətləri zəngin olan insanlar olmalıdırlar”.
Psixoloq deyir ki, buna görə də uşaqlara mütləq mənəvi keyfiyyətlər aşılanmalı və onlara dostluq, barış, sevgi, sədaqət, mehriban və gözəl vətəndaş olmaq kimi duyğular öyrədilməlidir: “Hər bir uşaöa artıq özünü dərk edəndən, hətta iki-üç yaşından etibarən bu şeylər mütləq aşılanmlıdır. Burda işə həm valideynlərin, həm də müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Çünki məktəbdə verilən tərbiyə evdə davam etməliudir. Evdə verilən tərbiyə isə məktəbdə müəllimə tərəfindən davam etməlidir. Uşaq həyatında hər iki tərəfdə - həm təhsil ocağı, həm də evində keyfiyyətli təlim-tərbiyə və tədrisi tətbiq edə bilsin. Həm özünə, həm də ətrafdakılara qarşış…”.
A.Məhərrəmlinin sözlərinə görə, uşaqlara mənəvi keyfiyyətlərin ən yaxşı aşılanmasının yolu isə birbaşa onlara nümunə olmaqdır: “Çünki uşaqlar deyilənlərdən çox, gördüklərini daha tez öyrənirlər. Belə bir atalar sözümüz var, “yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Bu çox yerində deyilmiş bir misaldır. Ona görə də bütün valideynlər bu məsələyə diqqət yetirməlidirlər. Məsələn, valideyn evdə uşağın ynaında yalan danışdıqdan sonra ona “yalan danışma” deyə bilməz. Sinifdə isə müəllimə hər hansı bir yanlış hərəkət edib, uşağa onun əksini deyə bilməz. Ana öz övladını vurub, “sən başqasını vurma, bu çox pis bir işdir” – deyə bilməz. Əgər biz uşaqlarımızın mənəvi keyfiyyətlərinin yüksək olmasını, onlaırn heç kimlə dalaşmamasını, vurmamasını, təmizkar olmasını, doğru danışan biri olmasını istəyiriksə, mütləq şəkildə özümüz də elə davranmalıyıq. Məktəbdə müəllimələr, evdə isə valideynlər, hətta cəmiyyət –ümumiyyətlə hər kəs öz hərəkətləri ilə uşaqlara nümunə olmalıdır. Çünki dediyim kimi, uşaqlar mənəvi keyfiyyətləri görüb götürürlər. Nəticə etibarilə uşaqlarımızda mənəvi keyifyyətləri inkişaf etdirərək onları düzgün tərbiyə etmək istəyiriksə, ilk olaraq özümüzü tərbiyə etməliyik”.
Psixoloq deyir ki, uşağa kiçik yaşlarından şəxsiyyət kimi yanaşılmalı və hörmət qoyulmalıdır: “Və kiçik yaşlarından etibarən ona nümunə olmağı bacarmaq lazımdır. Əgər sən uşağın hər hansı bir otağa daxil olarkən nəzakət əlaməti olaraq qapını döyməsini istəyirsənsə, uşağın gözü görə-görə onun qarşısında hər dəfə bu hərəkəti sərgiləməli və uşağa bunu göstərməlisən. Və ya uşağın zibili həyətə yox, zibil qutusunun içinə atmasını istəyirsənsə, övladının gözü qarşısında zibili yerə atmaq əvəzinə zibil qutusu tapana qədər səbr etməli və ora atmalısan. Yəni bizim üçün xırda görünən gündəlik məişət işləri ta ki böyük işlərə qədər uşaqlara mənəvi nümunədir. Onlar bu şəkildə görməlidirlər. Və ən əsası unutmayaq ki, valideynlər davamlı olaraq “mən” yox, “biz” anlayışını istifadə etməlidirlər. Yəni, uşaq bilməlidir ki,o bu dünyada tək deyil, təkbaşına deyil… “Biz” olaraq insanlarla birlikdə yaşayır. Uşaq başqaları ilə ayaqlaşmağı öyrənməlidir. Uşaq bilməlidir ki, evini, həyət-bacasını, çirkləndirməməlidir, çünki bütün bunlar ona məxsusdur. Həmçinin uşaq şəhərin küçələrini də təmiz saxlamağa çalışmalıdır, çünki bu onun şəhəridir. Və ən nəhayətində bu dünya bizimdir. Uşağa “biz” anlayışını aşılayıraq, bir-birinə hörməti də aşılayırsan. Biz bir yerdə xoşbəxt olur, bir-birinə hörmət edir və dəyər veririk”.
Bu sahədə bir neçə effektiv yolların olduğunu vurğulayan A.Məhərrəmli bildirir ki, bunlardan birincisi odur ki, analar və atalar kiçik yaşlarından başlayaraq uşaqlara mənəvi yöndə nümunə olmalıdır: “Daha sonra təhsil ocağında müəllimlər uşaqların rəftarına diqqət yetirməli və onlara şəxsiyyət kimi hörmət qoymalıdırlar. Və bütün rəftarları ilə necə ki evdə valideynləri tərbiyə verirsə, bu şəkildə davam etməlidir. Təhsil ocağını sadəcə təhsil ocağı kimi görməməlidir, ora həm də təlim-tərbiyə ocağıdır. Həmçinin müəllimlər vaxtaşırı olaraq bu mövzularda uşaqlarla söhbət etməlidirlər. Valideyn və müəllim birgə əməkdaşlıq edərək bir yerdə çalışmalı və uşaqlara birlikdə köməklik göstəməlidirlər. Və uşaqların mənəvi keyfiyyətlərinin inkişafı üçün ən önəmli faktlardan biri də uşaqlara televizor, planşet və telefonda izlədikləri hərşeyə və oynadıqları oyunlara belə diqqət və nəzarət yetirməlidirlər. Çünki bəzən bizim görmədiyimiz, gözümüzdən yayınan texnologiyadan uşaqlarımıza elə zərərlər gəlir ki, uşaqların mənəviyyatına, psxiologiyasına mənfi təsir edir. Sonradan bizim təəccüblənməyimizə belə gətirib çıxarır. Düşünürük ki, evdə də, məktəbdə də bu şey yoxdursa, görəsən uşaq bunu hardan öyrənib? Və ən əsası uşaqlara kitab sevgisi aşılanmalıdır. Mənəvi keyfiyyətləri zənginliyi, nitqlərinin inkişafı, ruh zənginliyi və sağlamlıqları üçün mütləq uşaqlarımız kitabla dost olmalı, daima müxtəlif, biri-birindən maraqlı kitablar oxumalıdırlar. Uşaqların mənəvi inkişafı üçün onlara kitabla dostluq və sevgi öyərdilməlidir. Belə olan halda uşaqlarımız düşündüyümüzdən də artıq inkişaf edər və sağlam böyüyər”.
Bəli, ölkəmizdə uşaqların mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz bu istiqamətdə gərəkən bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Bu cür tədbirlərin vaxtında görülməsi təbii olaraq, uşaq və gənclərin vətənpərvərlik şüurunun formalaşmasına, torpağa məhəbbət və sədaqət hissinin oyanmasına, vətəndaşlıq borcunun, vətənin maraqlarının müdafiəsinə aid Azərbaycan Konstitusiyasında təsbit olunmuş qanunları düzgün yerinə yetirmələrinə çox yaxşı hazırlıqdır.
Könül Oruc