Gəncədə ailə faciəsi: bir ailənin 4 üzvü dəm qazından boğuldu

Gəncə şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Məlumata görə, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 40-da baş verib.

Həmin evdə yaşayan 1984-cü il təvəllüdlü Qasımov Şirin Elçin oğlu, arvadı, 1988-ci il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, övladları-2012-cü il təvəllüdlü Qasımova Nigar Şirin qızı və 2013-cü il təvəllüdlü Qasımov Elçin Şirin oğlu yaşadıqları evdə huşsuz vəziyyətdə aşkarlanıblar. Ailə üzvlərinin xəstəxanaya çatdırılmasına baxmayaraq J. Qasımova xəstəxanada dünyasını dəyişib, ata və iki azyaşlı isə xəstəxanada müalicəsini davam etdirir.

Faktla bağlı araşdırma aparılır./trend

Tarix
9 Dekabr 2019 [10:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-09 10:43:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin